Terrorçu Türkiyə vətəndaşı: “Azərbaycana səyahət məqsədi ilə gəlmişdim”
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycandan Rusiya ərazisinə keçməyə çalışan bir qrup silahlı terrorçunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Türkiyə vətəndaşı, İstanbu şəhəri sakini 1985-ci il təvəllüdlü İlhan Taşbey ifadə verib. O, günahsız yerə həbs olunduğunu söyləyib: “Mənim bu işlərdən xəbərim yoxdu. Təqsirləndirilən şəxsləri də burda tanımışam. Onlarla heç bir əlaqəm olmayıb. İrana gəzməyə getmişdim. Prezident seçkiləri vaxtı idi. Orada iğtişaşlar başladı. Ona görə də, Azərbaycana gəldim. Astara sərhəd keçid məntəqəsindən vizam olmadığına görə, məni Azərbaycana buraxmadılar. Məcbur olub, Tehrana qayıtdım. Oradan təyyarə ilə Bakıya gəldim. Təyyarə ilə gəlməyə viza tələb olunmurdu. Bakıda dənizkənarı Milli Parkda bir oğlanla tanış oldum. O, mənə ev tapmaqda kömək elədi. İnşaatçılar tərəfdə kirayə ev tapdım. Əvvəl tək qalırdım. Sonra evin sahibi iki nəfər şəxsin də mənimlə bir evdə qalacağını söylədi. Həmin şəxslər çeçen idilər. Mən onların dilini başa düşmürdüm. Onlarla qaldığım müddətdə heç bir kəlmə kəsmədim. Günahsız yerə məni tutdular. İstintaq vaxtı da Azərbaycan dilini başa düşmədiyimə görə,
protokola da imza atmadım”.
Hakimin “Azərbaycana nə mqsədlə gəlmişdiniz sualına” İlhan Taşbey cavabında səyahət məqsədilə gəldiyini söyləyib.
Proses avqustun 3-də şahid ifadələri ilə davam etdiriləcək.
İttihama görə, təqsirləndirilən şəxslər - Fransa və Avstriya vətəndaşları Ramzan Terşiyev, Suxrab Merjuyev, Xasan Xaldıxaroyev, Türkiyə vətəndaşı İlhan Taşbey və Azərbaycan vətəndaşı Ramiz Mirzəyev 2009-cu il iyulun 16-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin xidməti ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz pozmağa cəhd ediblər. Sərhəd naryadı onların cəhdinin qarşını almaq istəyərkən mütəşəkkil silahlı dəstənin üzvləri sərhədçilərə qarşı odlu silah tətbiq edib. Nəticədə sərhəd naryadının üzvü, əsgər İsayev Bəhruz Əsgər oğlu yaralanıb. Cavab atəşi ilə dəstə üzvlərindən biri öldürülüb, digəri isə yaralanıb. Silahlı dəstənin üzvləri havanın qaranlıq, ərazinin dağlıq və meşəlik olmasından istifadə edərək hadisə yerindən qaçıblar. Öldürülən silahlının üzərindən Avstriya dövlətinin vətəndaşına məxsus şəxsiyyəti təsdiq edən sənəd tapılıb. Həmin sənəddə onun adı Salman Umdayev kimi qeyd edilib.
Hadisədən bir neçə gün sonra isə qanunsuz silahlı qruplaşmanın üzvləri həbs edilib.
Mütəşəkkil dəstənin məqsədi Pankisi dərəsinə getmək olub.
Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1-ci (. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29.120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürməyə cəhd), 214-cü (terrorçuluq), 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunurlar.
Qeyd edək ki, Ramzan Terşiyev, Suxrab Merjuyev və Xasan Xaldıxaroyev müxtəlif vaxtlarda ayrı-ayrı çeçen dəstələrinin tərkibində Rusiya Federal qüvvələrinə qarşı vuruşublar.
Fərid Əkbərov

1015