Rusiyada lal azərbaycanlı gəncin ürək dağlayan sirli ölümü
Çayda batan zaman köməyinə heç kim gəlməyib...
İyulun 9-da Rusiyanın Sıktıvkar şəhərində Sısol çayında 1985-ci il təvəllüdlü Azərbaycan vətəndaşı itkin düşüb. Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin yaydığı rəsmi məlumatda belə yazılıb. Ancaq gənc insanın başına nə gəldiyi bu qısa məlumatdan aydın olmur.
Olaydan bir neçə gün sonra “gazeta-respublika.ru”nun redaksiyasına əmək veteranı Sergey Naumoviç Şarapov müraciət edib və azərbaycanlı “itkin düşən” zaman Sısol çayı sahilində olduğunu söyləyib.
O, hadisənin onlarla insanın, o cümlədən Fövqəladə Hallar Nazirliyinin kiçik ölçülü gəmilər üzrə dövlət yoxlama xidmətinin əməkdaşlarının gözləri önündə baş verdiyini bildirib:
- İşdən sonra Sısol sahilinə yolandım. Sahildə daşın üzərində oturaraq insanların necə üzməsinə baxırdım. Orada, məndən 30-40 metr aralıda Fövqəladə Hallar Nazirliyinin xidmətinin R.Ç.S. 2299 nömrəli mühərrikli və yüksək sürətli qayığı, qayıqda 2 qadın və 2 kişi vardı. Az sonra gördüm ki, mənə yaxın yerdə 2 qız üzür. Onlardan biri müstəqil üzür, digərinin isə gücünün tükəndiyi hiss olunurdu. Çimən şəxslərdən biri qızın gücünün tükəndiyini görüb, ona sahilə çıxmağa kömək etdi. Ancaq Fövqəladə Hallar Nazirliyinin qayığında olanlar yorulmuş qıza heç bir reaksiya vermirdilər.
Təxminən saat 16:00-da isə faciə baş verdi. Çayın mənə yaxın sahilində qafqazlı görkəmində 2 gənc üzürdü. Onlardan biri qəfil digərindən ayrıldı və sahilə üzməyə başladı. Sahilə çıxıb sahildən 50 metr uzaqlıqda oturmuş bir nəfər azərbaycanlı gənclə danışmağa başladı. Bu zaman suda olan ikinci gənci suyun axını uzağa aparmağa başladı. Həmin yerdə su axını güclü idi. Mənə elə gəldi ki, gəncə kömək lazımdır, ancaq o, qışqırmır. Mən Fövqəladə Hallar Nazirliyinin qayığında olanlara səsləndim və batan gənci göstərdim. Ancaq onlar reaksiya vermədilər. Mən yenə də qışqırsam da, nəticəsiz qaldı. Daha sonra ucadan qışqırdım və söydüm. Bundan sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qayığı hərəkətə gətirdilər və batan gənc istiqamətində üzdülər. Onlarla gənc arasında cəmi 40 metrə vardı. Qayıq hərəkətə gələn zaman artıq gənc batmışdı. Bundan sonra qayıq yenə sahilə döndü. Mən söydüm, reaksiya vermədilər. Eşitdim ki, onlar xilasedici olmadıqlarını söyləyirlər. Onlar sonra dalğıc çağırdılar, ancaq batan gəncin cəsədi tapılmadı. Özümü qınayıram, bəlkə də 60 yaşımda 40 metr üzərək o gənci xilas edə bilərdim. Batan gəncin yoldaşı mənə dedi ki, o, lal olub və üzməyi bacarmayıb. Mənə təəccüblü gəldi ki, nə batan gəncin yoldaşı, nə onun dostları qışqırıb, kömək çağırmadılar.
Fövqəladə Hallar Nazirliyinin xidmətinin bu sahə üzrə inspektoru Artemiya Çernıx qəzetə açıqlamasında deyib ki, əsas işləri kiçik ölçülü gəmiləri və onların bazalarını yoxlamaq, eyni zamanda istirahət məkanında insanların təhlükəsizliyini təmin etməkdir. Ancaq o, xidmətin tərkibində xilasedici bölməsinin olmadığını söyləyib. Bununla belə, zamanında onlara siqnal daxil olarsa, reaksiya verdiklərini və insanların köməyinə çatdıqlarını söyləyib.
– 9 iyulda qayığımız çayın sahilində idi. Çayın sahilində məktəb yaşlı bir neçə uşaq istirahət edirdi. Biz onları nəzarətdə saxlayırdıq. İyunun əvvəlində icazə verilməmiş bütün çimərliklərə, o cümlədən bu çimərliyə qadağanedici nişan qoyulmuşdu. Ancaq insanları bu işarə saxlaya bilmirdi. Sahildə isə bu nişanı kimsə götürmüşdü. Ona görə də biz uşaqların yaxınlığına gəlmişdik ki, bədbəxt hadisə olsa, kömək edək. Biz şəhər istiqamətində də baxırdıq, ancaq günəşin su səthində əks olunan şüaları bizə görməyə mane olurdu. Çimənlər faktiki görünmürdü. Həmin vaxt heç kim həyəcan siqnalı çalmadı, qışqırmadı. Biz həmin gəncin batdığını bizim qayığa tərəf bir gəncin üzməsi zamanı bildik. Ancaq həmin gənc o vaxt bizə tərəf üzdü ki, artıq digər gənc batmışdı.
Qeyd edək ki, azərbaycanlı gəncin harada batması ilə bağlı həmin vaxt sahildə olan insanlar fərqli fikirlər söyləyirlər. Artemiya Çernıx bildirib ki, batan gəncin yoldaşı içkili olub, çoxlu pivə içibmiş...

485