Etimad İsmayılov aclığa başlayıb
Ədalət Partiyasının lideri İlyas İsmayılovun Rusiyada həbs olunmuş oğlu Etimad İsmayılov aclıq elan edib.
APA-nın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə E. İsmayılovun ictimai vəkili Vladimir Filiçkin açıqlama verib. O bildirib ki, aclıq aksiyası “Prodkorporatsii” şirkətinin cinayət işi üzrə ittiham olunan bütün şəxslərin Rusiya Federal Təhlükəsizlik Xidmətinin Çelyabinsk vilayəti üzrə 7 saylı təcridxanasına köçürülməsi barədə məhkəmə qərarına etiraz məqsədilə keçirilir. Qərar iyulun 21-nə keçən gecə icra edilib. V. Filiçkin baş verənlərdən Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımovu xəbərdar etdiyini söyləyib.
Xatırladaq ki, E. İsmayılovun da ittiham olunduğu cinayət işi 2007-ci ildə qaldırılıb. E. İsmayılovdan əlavə Ukrayna vətəndaşı, “Russkaya zernovaya kompaniya”nın baş direktoru Vladimir Quzov, vasitəçi strukturun rəhbəri Abbas Cəfərov və “Prodkorporasiya”nın rəhbəri Vladimir Şvadçenkonun da adları cinayət işində keçir. E. İsmayılov 2008-ci ildən həbsdə saxlanılır.

290