13 milyon manat
“Azərenerji” iyun ayı üzrə dövlət büdcəsinə ödədiyi məbləği açıqladı
İyun ayı ərzində “Azərenerji” ASC tərəfindən dövlət büdcəsinə 13 milyon manata yaxın vəsait ödənilib.
Lent.az-ın “Azərenerji” ASC-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövründə bu göstərici 9,3 milyon manat olub.
Başqa sözlə, dövlət büdcəsinə ödəniş ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,7 faiz artıb. 2010-cu ilin ötən 6 ayı ərzində isə dövlət büdcəsinə 69,2 milyon manat vəsait ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,5 faiz çoxdur.

347