FHN-in komandası beynəlxalq yarışda ikinci yeri tutub
19 iyul 2010 19:00 (UTC +04:00)

FHN-in komandası beynəlxalq yarışda ikinci yeri tutub

Komanda Karpat dağlarının Zaverla zirvəsini fəth edərək Azərbaycan bayrağını sancıb

Fövqəladə Hallar Nazirliyinin gənc xilasedici və yanğınsöndürənlər komandası Ukraynanın İvano-Frankovski vilayətinin Yaremça şəhərində keçirilmiş “Təhlükəsizlik məktəbi” adlı V Beynəlxalq (X Ümumukrayna) gənc xilasedicilərin təlim yarışında iştirak edib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yarışlarda komandalar təbii və texnogen xarakterli fövqəladə hallar zamanı davranış bacarıqlarını, eləcə də insanlara psixoloji yardım göstərilməsi hazırlığını, radiasiya və kimyəvi təhlükədən qorunma, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, su hövzələrində axtarış-xilasetmə işlərinin aparılması və fövqəladə vəziyyət zonasında yanğın-xilasetmə və qəza-bərpa işləri, tibb xidmətinin əsasları və həyat fəaliyyətinin təhlükəsizliyi üzrə keçirilmiş müsabiqələrdə öz bacarıqlarını nümayiş etdiriblər.

Yarışda nazirliyin komandası uğurla çıxış edərək ikinci yerə layiq görülüb. Birinci və üçüncü yerlərə isə Ukrayna komandaları layiq görülüb. Yarışlarda qalib gəlmiş komandalar kubok, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Onu da qeyd edək ki, yarışlar zamanı Fövqəladə Hallar Nazirliyinin komandası Karpat dağlarının hündürlüyü 2060m. olan Zaverla zirvəsini fəth edərək Azərbaycan bayrağını sancıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 393

Oxşar yazılar