Tələbə maklerlərinə ağır cəza
19 iyul 2010 18:30 (UTC +04:00)

Tələbə maklerlərinə ağır cəza

İyulun 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə ali məktəblərə qanunsuz yolla tələbə qəbul etdirməkdə təqsirləndirilən Bakı Şəhəri sakinlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Baba Qədirov 8 il, Röya Nəbiyeva 7 il, Əli Dəmirov isə 2 il müddətinə azadlıqdan məhrum ediliblər.


İttihama görə, adı çəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunublar.

Onlar vətəndaşlara Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarından kənar ali məktəbə tələbə qəbul etdirməyə söz veriblər. Amma onların külli miqdarda pulunu mənimsəyərək, verdikləri vədi yerinə yetirməyiblər. Cinayət işi üzrə 20-dən çox şəxs zərərçəkmiş kimi tanınıb.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 390

Oxşar yazılar