“Hərbçisimizin meyitini geri qaytarmaq üçün səyləri davam etdiririk”
“İyunun 18-19-da qoşunların təmas xəttində baş verən silahlı insident zamanı həlak olmuş Azərbaycan hərbçisinin meyitinin qalıqlarının qaytarılması məsələsi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi məşğul olur”. APA-nın Almatıya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bu açıqlamanı jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov verib. O analoji halların əvvəllər də baş verdiyi və meyitlərin qaytarılması ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin məşğul olduğunu deyib: “Ümid edirəm ki, Azərbaycan hərbçisinin meyiti geri qaytarılacaq. Erməni tərəfinin meyiti özündə saxlamasının bir mənası yoxdur. Buna görə də biz meyitin geri qaytarılmasına yönəlmiş səyləri davam etdiririk”.
349