Bakıda 36 cinayətkar qrup aşkar edilərək zərərsizləşdirilib
17 iyul 2010 11:30 (UTC +04:00)

Bakıda 36 cinayətkar qrup aşkar edilərək zərərsizləşdirilib

Bakıda bu ilin I yarısında 104 kiloqramdan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

APA-nın məlumatına görə, bu barədə iyulun 17-də Bakı şəhər Baş Polis İdarəsində 2010-cu ilin I yarısının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

Vurğulanıb ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə qanunsuz dövriyyədən güclü təsirə malik 9,4 kiloqramdan çox tiryək, 9 kiloqramdan artıq isə heroin çox çıxarılıb, 36 cinayətkar qrup aşkar edilərək zərərsizləşdirilib.

Müşavirədə həmçinin vurğulanıb ki, axtarışda olan təqsirləndirilənlərin tapılması da fəal surətdə davam etdirilib. Keçən 6 ay müddətində axtarışda olan 834 nəfərdən 459-nun və ya 55 %-nin, o cümlədən əvvəlki illərdən axtarılanın 58-nin, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 80 nəfərin tutulması təmin edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə axtarış işlərinin sayı 117, qalıq isə 32 fakt azalıb.

Müşavirdə bildirilib ki, ötən dövr ərzində paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb. Qanunsuz keçirilməsinə cəhd göstərilən aksiyaların qarşısı alınıb, şəhər miqyasında keçirilən kütləvi tədbirlərdə, habelə yüksək səviyyəli ali qonaqların gəlişi ilə bağlı keçirilən mərasimlərdə nümunəvi ictimai asayiş təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 294

Oxşar yazılar