Bakıda taksi soyğunçuluğu
16 iyul 2010 17:00 (UTC +04:00)

Bakıda taksi soyğunçuluğu

Maşını sürdürüb, sürücüsünü soydular

İyulun 15-də Bakıda taksi soyğunçuluğu baş verib. Bakı şəhər Baş Polis idarəsindən Lent.az-a verilən məlumata görə, Milli Parkın qarşısında 2 naməlum şəxs Vəli Hüseynovun idarə etdiyi “VAZ 2107” markalı avtomobilə sərnişin qismində oturaraq daha sonra onu soyublar.

Həmin şəxslər əvvəlcə taksini Zığ qəsəbəsi, H.Allahverdiyev küçəsinə sürdürüb, daha sonra bıçağa oxşar əşya ilə (cib dırnaqtutanı) sürücüyə hədə-qorxu gəlməklə 61 manatını və mobil telefonunu götürüb qaçıblar.

Keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinənlər Nuru Nuriyev və Bəxtiyar Əsgərov Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin və Xətai Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən tutulub.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 511

Oxşar yazılar