Bakıda dərədən sahibsiz “İnfiniti” tapıldı
14 iyul 2010 12:30 (UTC +04:00)

Bakıda dərədən sahibsiz “İnfiniti” tapıldı

Bahalı avtomobil yol kənarındakı dirəyə çırpıldıqdan sonra dərəyə yuvarlanıb

Bu gecə Bakı şəhəri, Səbail rayonunda “İnfiniti” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı dirəyə çırpılıb və dərəyə düşüb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən orada heç kimin olmadığı müəyyən edilib. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Əməliyyat saat 00:08-də başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 350

Oxşar yazılar