Apelyasiya Məhkəməsi Baş Prokurorluğun protestini təmin etmədi
14 iyul 2010 11:30 (UTC +04:00)

Apelyasiya Məhkəməsi Baş Prokurorluğun protestini təmin etmədi

Qəsdən adam öldürməkdə ittiham olunan Tərtər sakininin barəsində çıxarılan bəraət hökmü qüvvədə saxlanıldı

Gəncə Apelyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Tərtər rayon sakini Fuad Allahverdiyevin barəsində çıxarılan bəraət hökmündən verilən apelyasiya protestinə baxılıb. Məhkəmədən Lent.az-a verilən məlumata görə, hakim Çingiz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə Baş prokurorluğun protestini təmin etməyərək birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Xatırladaq ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 10 mart 2010-cu il tarixli hökmü ilə F. Allahverdiyev barəsində bəraət hökmü çıxarılıb.

İttihama görə, Fuad Allahverdiyev 2009 il iyunun 19-da Tərtər rayonunun Yenikənd qəsəbəsində həmyerlisi Fərman İsmayılovu qətlə yetirib. İstintaq onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə qiymətləndirib.

Lakin məhkəmə istintaqı zamanı onun bu əməli sübuta yetirilməyib. F. Allahverdiyev bəraət alaraq, məhkəmə zalından azadlığa buraxılıb.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 334

Oxşar yazılar