Azərbaycanlıların şərəfinə ucaldılmış memorialı dağıdan erməni 3 il iş aldı
13 iyul 2010 10:30 (UTC +04:00)

Azərbaycanlıların şərəfinə ucaldılmış memorialı dağıdan erməni 3 il iş aldı

Eduard Arakelyan məhkəmə prosesində azərbaycanlılardan üzr istəyərək öz əməlindən utandığını bildirib

Ukraynanın Sevastopol şəhərində Krımın alman faşistlərindən azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş azərbaycanlılardan ibarət 77-ci diviziyanın əsgərlərinin şərəfinə ucaldılmış memorialı qismən dağıtmış Eduard Arakelyan və Andrey Qanin adlı şəxslərin işi üzrə məhkəmə baxışı yekunlaşıb.

Bu barədə APA-ya Krımın Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib. O bildirib ki, Sevastopolun Balaklav rayon Məhkəməsində keçirilən prosesdə prokuror müttəhimlərin hər birinə 4 il cəza istəyib. Qanunvericilik bu tipli cinayətlər törədənlərə maksimum 5 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur. Məhkəmənin qərarı ilə E. Arakelyan və A. Qanin 3 il azadlıqdan məhrum ediliblər. E. Arakelyan məhkəmə prosesində azərbaycanlılardan üzr istəyərək öz əməlindən utandığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var

Qubada evdə partlayış - Yaralanan var

15 dekabr 2024 , 13:09
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46