Ermənilər əsir götürdüyü vətəndaşlarımızdan xəbər yoxdur
Əsirlərin ailəsi nigarandır
2009-cu il dekabr ayının 28-də Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülən Tovuz rayon Əlibəyli kənd sakini 1964-cü il təvəllüdlü Tağıyev Eldar Heydər oğlundan bir neçə aydır ki, xəbər yoxdur. Əsirin oğlu Elmar Tağıyev Lent.az-ın Gəncəbasar müxbirinə bildirib ki, atasından nigarandırlar: “Ondan nə bir xəbər var, nə də məktub. Atamın necə olması barədə heç bir məlumatımız yoxdur. Nigaranıq”.
2009-cu ilin mayın 10-da Füzuli rayonu ərazisində ermənilərə əsir düşmüş Anar Xanbaba oğlu Hacıyevdən də hələlik heç bir xəbər yoxdur. Əsirin anası Nailə Məmmədovanın Lent.az-ın Gəncəbasar müxbirinə verdiyi məlumata görə, oğluna bir aydan çoxdur ki, məktub və yaxınlarının şəkillərini göndərib. Bundan sonra ondan məktub almayıb. Xatırladaq ki, 1990-cı il təvəllüdlü Anar Hacıyev 2008-ci ildə Goranboy rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
Vüsalə Cənnətova

398