İstanbulda azərbaycanlının villası qarət edildi
09 iyul 2010 19:00 (UTC +04:00)

İstanbulda azərbaycanlının villası qarət edildi

Gürcü xadimə kassadan brilyant, sapfir, yaqut, qızıl oğurlayıb

Azərbaycanlı dənizçinin İstanbuldakı üçmərtəbəli villasını gürcü xadiməsi soyub. Lent.az-ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, 500 min dollar qiymətində brilyant, qızıl əşyaları və pul oğurlayan şəxslər tutulub.

Azərbaycan əsilli Şahin Səmədin tripleks villasında işləyən gürcü İnqa Çarkviani “qonaqlarımdı” deyərək evə buraxdığı 2 nəfərlə birlikdə 500 min dollar qiymətindəki kassadan brilyant, qızıl, sapfir, yaqut və 55 min türk lirasını (təxminən 30 min manat) oğurlayaraq qaçıb.

Yataq otağındakı polad kassanı burğu ilə (drel) açaraq içərisindəkiləri götürüblər.

Evə gələrkən içərinin dağınıq olduğunu görən Şahin Səməd dərhal yuxarı – kassanın olduğu otağa çıxıb. Soyulduğunu görən kimi polisi çağırıb. Təhlükəsizlik kamerasının köməyi ilə hadisəni törədənlər bilinib. Gürcü xidmətçi isə sərhəddən ölkəsinə keçməyə çalışarkən tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 351

Oxşar yazılar