Rüşvət almaqda ittiham olunan Milli Ordunun zabitinə 2 il həbs cəzası verildi
İyulun 9-da Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə rüşvət almaqda və bir sıra digər cinayətlərdə ittiham olunan Azərbaycan Silahlı Qüvvələrinin zabitinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim İsgəndər Əsədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, M. Əsədov 2 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bir müddət əvvəl Lənkəran Hərbi Məhkəməsi Müşfiq Əsədovun azadlığa buraxılması barədə qərar qəbul edib. Lakin prokurorluq Lənkəran Hərbi Məhkəməsinin qərarından apelyasiya protesti verib. Şirvan Apelyasiya Məhkəməsi prokurorluğun protestini təmin edərək M. Əsədov haqqında həbs qətimkan tədbiri seçib.
M. Əsədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma), 341.1-ci (rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda) və 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddələri ilə ittiham olunub.
Fərid Əkbərov

423