2010-ci ilin ilk 6 ayında Bakıda 5464 cinayət hadisəsi qeydə alınıb
Bakı şəhər Baş Polis İdarəsi 2010-cu ilin ilk 6 ayında paytaxtda cinayətkarlığa qarşı mübarizə, sabitliyin, ictimai asayişin, qanunçuluğun qorunması, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində qanunvericiliyə uyğun xidməti fəaliyyətini davam etdirib. Lent.az-ın məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov məlumat verib.
O, bildirib ki, bu ilin ilk 6 ayı ərzində 5464 cinayət hadisəsi baş verib: “Bu da ötən ilin ilk 6 ayı ilə müqayisədə 1,3 faiz çoxdur. Lakin həmin cinayətlərin açılma faizi ötən il əgər 79, 2 faiz idisə, bu il 80,7 faiz təşkil edib”.
Şəxsiyyət əleyhinə olan cinayətlərdən qəsdən adam öldürmə, adam oğurluğu, zorlama kimi ağır cinayətlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Açılma faizi isə əvvəlki kimi 100 faiz olaraq qalır.
Mülkiyyət əleyhinə olan cinayətlərin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 1963-dən 1952-yə kimi azalıb. Onların üstünün açılması isə 59,8-dən 62 faizə kimi artıb. Eyni sözləri oğurluq, soyğunçuluq, və quldurluq kimi mülkiyyət əleyhinə cinayətlər haqqında da demək olar.
2010-cu ilin ilk yarısında adamları girov götürmə, banditizm kimi ağır cinayətlər ümumiyyətlə qeydə alınmayıb. Saxta pul və qiymətli kağızlar hazırlama, satma kimi iqtisadi cinayətlərin sayı sabit qalıb, açılması isə 80 faiz təşkil edib.
Cari ilin müvafiq dövründə narkotik vasitələrlə bağlı cinayətlərin sayı ötən illə müqayisədə azalıb (867 və 856), açılma faizi isə yüksək (92 və 91) olaraq qalıb. Narkotik maddələrin satışı ilə əlaqədar cinayətlərin sayı (331 və 284) da azalıb.
Bu ilin birinci yarısında yol hərəkəti və nəqliyyat vasitələri istismarı qaydalarının pozulması halları keçən ilin müvafiq dövrünə nisbətən 3,5 faiz artıb. Ölüm hallarının sayı da 130-dan 150-yə qalxıb.
Fərid Əkbərov

422