Qızını öldürən 69 yaşlı atanın məhkəməsi başladı
İyulun 8-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə iki uşaq anası olan qızını öldürən Şamaxı rayon sakininin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Lent.az-ın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən 1940-cı il təvəllüdlü Qubadov Kazım Məhəmməd oğlunun cinayət işi üzrə məhkəmə baxışı iyulun 13-nə təyin olunub.
İttihama görə, 2009-cu il dekabrın 27-də Şamaxı şəhərinin Azərbaycan küçəsindəki 9 saylı ünvanda yaşayan K. Qubadov qızı 1973-cü il təvəllüdlü Həmidə Qəhrəmanovanı ov tüfəngi ilə güllələyərək, qətlə yetirib.
Daha sonra K.Qubadov polisə zəng edərək qızını öldürdüyünü bildirib. İbtidai istintaqa ifadəsində K. Qubadov qızını namus üstündə öldürdüyünü söyləyib.
Qeyd edək ki, K. Qubadov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) və 221-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham olunur.
Fərid Əkbərov

Oxşar yazılar
Bakıda gölün ətrafında yanğın baş verdi - VİDEO
16 iyul 2025 , 03:41
Yeni sadə müalicə yüksək qan təzyiqini azalda bilər
16 iyul 2025 , 02:27
Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57