“Əmrahbank”ın əməkdaşlarına ağır cəza istənilib
02 sentyabr 2010 12:51 (UTC +04:00)

“Əmrahbank”ın əməkdaşlarına ağır cəza istənilib

Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Dövlət ittihamçısı çıxışında “Əmrahbank”ın baş ofisinin İnformasiya Proqramları Şöbəsinin müdiri Zaur Mehbalıyev və bankın mütəxəssisi Bəxtiyar Məmmədov, Ramin Xəlilov, Murad Şirinov və Ziya Xudiyevin hər birinin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Proses sentyabrın 30-da müdafiə tərəfinin çıxışları ilə davam etdiriləcək.


İttihama görə, adıçəkilən şəxslər əlbir olaraq bankın külli miqdarda vəsaitini qanunsuz yollarla bankın müştərisi olmayan şəxslərin adına keçirərək mənimsəyiblər. Nəticədə banka 105 min manat ziyan dəyib.


Qeyd edək ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurlar.



Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8784

Oxşar yazılar