Azərbaycanda kəsilib düşən əli yerinə tikdilər
Azərbaycanın bölgə xəstəxanalarının tarixində görünməmiş hadisə baş verib. Lent.az-ın məlumatına görə, Şabran sakininin kəsilib yerə düşmüş əli Siyəzəndəki Regional Diaqnostika Mərkəzində yerinə tikilərək bərpa edilib.
Belə ki, bu il iyulun 23-də Şabran rayonunun Ağbaş kənd sakini, 1961-ci il təvəllüdlü İsayev Fəxrəddin İsa oğlu fəhlə kimi çalışdığı dəzgahın qarşısında ehtiyatsızlıq edib. Nəticədə onun sol əli biləkdən yuxarı hissədən (tibbi dildə desək, sol saidin aşağı üçdə biri) qoparaq yerə düşüb. Yaralını və onun kəsilmiş əlini dərhal götürərək, qonşu Siyəzən rayonunda yerləşən Regional Diaqnostika Mərkəzinə gətiriblər. Orada dərhal Mərkəzin həkimi Teymur Əlləzov və tibbi personal əməliyyata başlayıb. Paralel olaraq Bakıdan – M. Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzindən İlqar Namazov adlı həkimə telefon edilib ki, o da əməliyyata cəlb olunsun. Bir qədər sonra İ. Namazov da gəlib. Cərrah Teymur Əlləzovun Lent.az-a bildirdiyinə görə, saat 17.00-da başlayan əməliyyat 23.00 radələrində uğurla yekunlaşıb. 6 saatlıq əməliyyatdan sonra Fəxrəddin İsayevin əli yerinə tikilib.
Hazırda fəhlənin yarası sağalır, artıq tikilmiş əldə hissiyyat da var. Cərrah F. İsayevin yerinə birləşdirilmiş əlinin əməliyyatdan bir ay sonra çəkilmiş fotolarını da Lent.az-a təqdim edib.
Qeyd edək ki, bu cür əməliyyatlara regionlarda olmasa da, Bakı şəhərində rast gəlinib. Lakin Siyəzəndəkindən fərqli olaraq əməliyyat heç də həmişə uğurla nəticələnmir: müəyyən hallarda tikilmiş əlin, ayağın, barmağın az müddət sonra çürüdüyü məlum olur, sonra isə çürümə səbəbindən həmin əza kəsilib atılır.
Pərvin ABBASOV

1859