Dəmir Yolları QSC Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qalib gəldi
07 iyul 2010 12:30 (UTC +04:00)

Dəmir Yolları QSC Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qalib gəldi

“Azərbaycan Dəmir Yolları” QSC Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühiti Mühafizə Departamentini (ƏMMD) məhkəməyə verib.


Lent.az-ın məlumatına görə, QSC-nin nazirliyin departamenti məhkəməyə verməsinə səbəb onlara kəsilən cərimə olub.


Belə ki, bir müddət əvvəl ƏMMD-nin əməkdaşları “ətraf mühiti çirkləndirdiyinə görə” Azərbaycan Dəmir Yolları QSC-ni cərimələyən akt tərtib edib. Bununla razılaşmayan QSC rəsmiləri 1 saylı Bakı Yerli İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmədə QSC-nin iddiası təmin olunaraq, kəsilmiş cərimə aktı ləğv olunub.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 392

Oxşar yazılar