Moskvadan Bakıya “killer” göndərilib
Biznes ortaqları qazandıqları 5 milyon dolları bölüşə bilməyiblər
2009-cu ilin oktyabr ayında paytaxt sakini Rauf Həsənovun idarə etdiyi «Nissan-Teana» markalı avtomobillə evdən çıxıb geri qayıtmaması, noyabrın 5-də isə həmin nəqliyyat vasitəsinin Quba şəhərində yanmış vəziyyətdə tapılması faktı ilə əlaqədar aparılmış istintaq-əməliyyat tədbirləri ilə cinayətin iştirakçılarından olan Fərhad Süleymanov müəyyən edilib.
Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilib. Lent.az-a daxil olan məlumata görə, Fərhad Süleymanov cari ilin fevral ayında Heydər Əliyev adına hava limanında ölkəni tərk etmək istəyərkən saxlanılıb. Yaşadığı ünvanda və bağ evində aparılmış axtarışla ona məxsus İtaliya istehsallı 1 ədəd tapança və 8 patron aşkarlanıb.
İstintaq prosesində F.Süleymanov qətlin digər iştirakçıları barədə, eləcə də cinayəti
“Makarov” tipli tapança ilə icra etdiyini etiraf edib. Məlum olub ki, zərərçəkmiş Rauf Həsənovun Moskva şəhərində yaşayan Mustafa Aslanovla birgə kommersiyadan əldə etdikləri 5 milyon ABŞ dollarının bölüşdürülməsi zamanı aralarında narazılıq yarandığından sonuncu onu öldürmək qərarına gəlib və bu məqsədlə Moskvada yaşayan tanışı İlya Şabanovu Bakı şəhərinə göndərib.
2009-cu il oktyabrın 31-də Nərimanov rayonu ərazisində İlya Şabanov Rauf Həsənovla görüşərək onu Fərhad Süleymanovla birgə Goradil qəsəbəsindəki bağ evinə gətirib, orada tapançadan bir neçə dəfə atəş açaraq qətlə yetirib. Onlar cinayətin izini itirmək məqsədilə meyiti Samur-Abşeron kanalına atıb, Fərhad Süleymanov isə Rauf Həsənovun avtomobilini Quba şəhərinə apararaq orada yandırıb. Rauf Həsənovun meyiti 2010-cu il mayın 27-də Xızı rayonunun ərazisindən keçən Samur-Abşeron kanalındakı su təmizləmə kollektorunda aşkarlanıb. Fərhad Süleymanova ittiham olunaraq barəsində həbs-qətimkan tədbiri seçilib, ölkənin hüdudlarından kənarda olan cinayətin digər iştirakçıları axtarışa elan edilib.
Vüqar Baba

369