Qərbi Nil xəstəliyi Azərbaycan sərhədlərinə yaxınlaşır
İyulun 16-dan sentyabrın 1-dək Rusiyanın Volqoqrad vilayətində 206 nəfər Qərbi Nil qızdırma xəstəliyinə yoluxub. Lent.az-ın “Rosbalt” agentliyinə istinadən verdiyi məlumata görə, xəstələrin sayı hər gün 10-20 nəfər artır.
Volqoqrad vilayətində 6 nəfər ölüb. Yoluxma hallarına Həştərxan, Voronej və Rostov vilayətlərində də rast gəlinib. Ümumiyyətlə, virus Rusiyanın cənub vilayətlərində daha sürətlə yayılır və Azərbaycan sərhədlərinə yaxınlaşır.
Qeyd edək ki, öldürücü təhlükəyə malik virus adi ağcaqanadlar vasitəsi ilə yayılır. Virus beyin və əsəb sistemini sıradan çıxarır. Xəstəliyə qarşı dərman yoxdur. Virusun inkişaf dövrü 5 gündür. Yoluxan şəxsin hərarəti sürətlə yüksəlir. Virus uşaqlar və 50 yaşdan yuxarı olan şəxslər üçün daha təhlükəlidir.

Oxşar yazılar

Bu sahədə təhlükəsizliyin təmin edilməsi üçün komissiya yaradıldı
21 iyul 2025 , 09:53
İki qardaş balığa getdi, biri öldü - MASALLIDA FACİƏ
21 iyul 2025 , 09:21
Xırdalanda yayılan görüntülərlə bağlı polisdən açıqlama
21 iyul 2025 , 09:11
Sumqayıtda GÜCLÜ YANĞIN: 17 nəfər tüstüdən zəhərləndi - YENİLƏNİB
21 iyul 2025 , 09:01
Naxçıvanda TIR partlayaraq yandı
21 iyul 2025 , 08:45
Avtomobil 100 metrdən dərəyə uçdu, 3 yaralı
20 iyul 2025 , 23:04
İranda saxlanılan avtobuslardan xəbər var - AÇIQLAMA
20 iyul 2025 , 22:28