İki hərbçini öldürən əsgərlərin işinə Ali Məhkəmədə baxılacaq
Şirvan Apelyasiya Məhkəməsində bir sıra ağır cinayətlərdə təqsirli bilinərək cəza alan hərbçilərin barələrində olan hökmdən verilən apelyasiya şikayətinə baxılıb. Lent.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslər Toğrul Bağırov, Emin Rəhimov və Yusif Yusifov ibtidai istintaqın düzgün aparılmadığı və cinayət işinin ibtidai istintaqa qaytarılması haqqında vəsatət qaldırıblar. Məhkəmə vəsatəti təmin etməyib. Təqsirləndirilən şəxslər apelyasiya məhkəməsinin bu qərarından Ali Məhkəməyə kassasiya şikayəti veriblər. Bu səbəbdən iş baxılması üçün Ali Məhkəməyə göndərilib.
Xatırladaq ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin 7 iyun 2010-cu il tarixli hökmü ilə Emin Sahib oğlu Rəhimov və Toğrul Qulu oğlu Bağırov ömürlük müddətə azadlıqdan məhrum ediliblər. Yusif Oqtay oğlu Yusifov isə 15 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Azərbaycan Ordusunun “N” saylı hərbi hissəsinin əsgərləri Yusif Yusifov, Emin Rəhimov və Toğrul Bağırov qabaqcadan əlbir olub döyüş şəraitində yerləşən tağımın dayaq məntəqəsində əsgərlərə qarşı əvvəllər törətdikləri qeyri-əxlaqi zorakılıq hərəkətləri faktı üzrə ilkin araşdırmanı aparan tağımın komandiri, leytenant Elşən Şəmil oğlu Tağıyevi və tağım komandirinin müavini, gizir Ramal Vəlihəd oğlu Əmrahovdan qisas almaq məqsədi ilə öldürmək qərarına gəliblər. Onlar iki hərbçini qətlə yetiriblər.
Cinayət iş üzrə 28 nəfər zərərçəkmiş şəxs, 7 nəfər isə şahid var.
Qeyd edək ki, təqsirləndirilən hərbçilər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120. 2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 180.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq törədildikdə), 180.2.2 (soyğunçuluq təkrar törədildikdə), 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə), 180.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə), 150.2.5 (seksual xarakterli zorakılıq hərəkətlər təkrar törədildikdə), 29, 150.2.5 (seksual xarakterli zorakılıq hərəkətlər təkrar törədilməyə cəhd), 330.3 (bir qrup şəxs tərəfindən rəisə qarşı zorakı hərəkətlər etmə), 329.3 (silah tətbiq etməklə rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə müqavimət göstərmə törədildikdə), 331.2 (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini təhqir etməsi), 331.3 (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi), 332.2.1 (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma təkrar törədildikdə), 338.1 (. Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə), 341.3-cü (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham olunublar.
Fərid Əkbərov

755