Biləsuvarda ana yeni doğulan körpəsini öldürüb kanala atdı
O, qeyri-qanuni yaşadığı kişidən dünyaya gətirdiyi övladını qətlə yetirib
Biləsuvar rayonunda ana yeni doğulan övladını boğaraq öldürüb. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, 38 yaşlı Gülarə Qarayeva qeyri-qanuni yaşadığı bir kişidən dünyaya gətirdiyi uşağını öldürərək kanala atıb.
Rayon prokurorluğundan verilən məlumata görə, 10 yaşlı bir oğlu olan Gülarə Qarayevanın həyat yoldaşı bir neçə il öncə vəfat edib. Daha sonra bir nəfərlə qeyri-qanuni münasibətdə olan Gülarə həmin şəxsdən hamilə qalıb. Yaşadığı kişi Gülarəyə onunla evlənəcəyi sözünü verib.
Uşaq dünyaya gətirdikdən sonra isə G. Qarayeva onu boğaraq öldürüb. Körpəsinin cəsədini isə yaşadığı Çaylı kəndindən keçən Əzizbəyov kanalına atıb.
Vüqar Baba

383