Orqan satışında təqsirləndirilən qadın barəsindəki məhkəmə hökmü qüvvədə qaldı
01 sentyabr 2010 17:50 (UTC +04:00)

Orqan satışında təqsirləndirilən qadın barəsindəki məhkəmə hökmü qüvvədə qaldı

Gəncə Apelyasiya Məhkəməsində insan orqanlarının satışı ilə məşğul olmaqda təqsirləndirilən Bərdə rayon sakini İradə Səfixanovanın barəsində çıxarılan hökmdən verilən apelyasiya protestinə baxılıb. Lent.az-ın məlumatına görə, hakim Rəşid Məhərrəmlinin sədrliyi ilə keçirilən prosesdə məhkəmə birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.



Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə İradə Səfixanovanın cinayəti sübuta yetirilməyib. Bu səbəbdən məhkəmə İ.Səfixanova barəsində olan cinayət işinə xitam verib. O, məhkəmə zalından azadlığa buraxılıb.


İttihama görə, İ.Səfixanova Esmira Naibovanın ona borclu olduğu 3 min manat pulun qaytarılması müqabilində onun böyrəklərinin transplantasiya edilməsi üçün İran İslam Respublikasının Tehran şəhərinə aparıb. Tehran şəhərində yerləşən xəstəxanaların birində E.Naibovanın sol böyrəyi əməliyyat yolu ilə Adilə Abdullayevaya köçürülüb.


Qeyd edək ki, İ.Səfixanova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 137-ci (insan orqanlarının və ya toxumalarının alqı-satqısı və onların transplantasiya məqsədi ilə götürülməsinə məcbur etmə), 144-1.2.7-ci ( həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə, zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə insan alveri etmək) maddələri ilə ittiham olunub.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640

Oxşar yazılar