Prokurorluq orqanlarına yeni təyinatlar
İyunun 22-də Azərbaycan Respublikası Baş Prokurorluğunda yeni təyinatlar olub. Lent.az-ın Baş Prokurorluğun rəsmi saytına istinadən verdiyi xəbərə görə, Baş Prokurorluq üzrə müvafiq əmrlərlə ədliyyə müşaviri Pənahov Fəxrəddin Pənah oğlu Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi vəzifəsindən azad olunaraq Bakı şəhəri Qaradağ rayon prokuroru vəzifəsinə təyin olunub.
Ədliyyə mayoru Hüseynzadə Mehdi Tofiq oğlu isə Respublika Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi vəzifəsindən azad olunaraq Tərtər hərbi prokuroru vəzifəsinə təyin edilib.
Baş ədliyyə müşaviri Şirinov Ceyhun Böyükkişi oğlu ikinci səlahiyyət müddətinə Bakı şəhəri Sabunçu rayon prokuroru vəzifəsinə təyin olunub.
Vüqar Baba

1067