Balaxanının keçmiş bələdiyyə sədri özünü təqsirli bilib
Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, təqsirləndirilən Cavanşir Aslan oğlu Məmmədov Balaxanı bələdiyyəsinin sədri olanda qanunun tələblərini pozaraq, 2008-ci il yanvarın 23-dən 2009-cu il iyulun 10-dək olan müddətdə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə qərarlar qəbul etməyə səlahiyyəti olmadığı halda, müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan Balaxanı bələdiyyəsinin ərazisində yaşamayan və ya həmin ərazi üzrə qeydiyyatı olmayan 122 vətəndaşın, 6 fiziki və hüquqi şəxsin adına, ümumilikdə 56 min 480 kvadratmetr torpaq sahəsinin ayrılmasına və icarəyə verilməsinə dair təkbaşına qərarlar qəbul edib. C.Məmmədov həmin torpaqların alqı-satqı yolu ilə vətəndaşların mülkiyyətinə verilməsini təşkil edərək Balaxanı bələdiyyəsinə külli miqdarda zərər vurub.
Bundan əlavə, o, yenə həmin vəzifədə işləyərkən mülkiyyətində olmasa da, faktiki istifadə etdiyi 850 kvadratmetr torpaq sahəsini satması və torpaq sahəsinə bələdiyyədən sənəd verilməsi üçün 2009-cu il oktyabrın sonunda ona müraciət edən Balaxanı qəsəbəsinin sakini Ədalət Əliyevdən həmin torpaq sahəsinə digər şəxsin adına köhnə tarixə, yəni 2005-ci il üçün sənəd verməsinə görə 3 min ABŞ dolları məbləğində rüşvət alıb.
C.Məmmədov bu ilin fevral ayında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən tutulub.
Daha sonra təqsirləndirilən Cavanşir Məmmədov ifadə verib. O, ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilib.
Proses sentyabrın 7-də şahid ifadələri ilə davam etdiriləcək.
Qeyd edək ki, C. Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1-ci (Vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Fərid Əkbərov

614