“Mətanət A”-nın pulunu mənimsəyən şəxs azadlığa buraxıldı
27 may 2010 14:00 (UTC +04:00)

“Mətanət A”-nın pulunu mənimsəyən şəxs azadlığa buraxıldı

Mayın 27-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə “Mətanət A” şirkətinin külli miqdarda pulunu mənimsəməkdə ittiham olunan şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə şirkətin keçmiş əməkdaşı Hafiz Səlimova hökm oxunub. Hökmə əsasən, H. Səlimov 7 il şərti cəza alaraq, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, şirkətə dəyən ziyan ödənilib.


İttihama görə, H. Səlimov "Mətanət A" şirkətində sement məhsullarının topdan satış məntəqələrinə paylanmasını təşkil edib. O, mağazalarda sement satışından toplanan külli miqdarda pulu mənimsəyib. Şirkətdə aparılan yoxlamalardan sonra H. Səlimov tutulub.


Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 435

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05