Milli Ordunun əsgəri özünü güllələdi
Azərbaycan Ordusunun əsgəri özünü güllələyib. APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində baş verib.
2009-cu ildə Biləsuvar rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 19 yaşlı Ələddin Əlifağa oğlu Cəlilov əlindəki avtomat silahdan açdığı atəş nəticəsində ağır yaralanıb. Yaralı hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib. O, hadisənin baş vermə səbəblərinin araşdırıldığını qeyd edib.

612