“Rail Rzayevlə köməkçisinin arasında soyuqluq yaranmışdı”
Məhkəmədə ifadə verən şahid bunun pul üstündə olduğunu bildirib
Mayın 26-da Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmədə müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı general-leytenant Rail Rzayevin həbsdə olan yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi üzrə adları keçən şahidlər – Xəyal Əsgərovun, Elmar Hüseynovun və İlqar Hüseynovun məhkəməyə teleqram göndərdikləri bildirilib. Hakim həmin şahidlərin Kür çay sahilində yerləşən Sabirabad rayonunda yaşadıqlarını və təbii fəlakətlə bağlı məhkəmədə iştirak edə bilmədiklərini söyləyib. Hakim prosesə gələ bilməyən şahidlərin ibtidai istintaqa verdikləri ifadələrini təsdiq etdiklərini də qeyd edib.
Təqsirləndirilən şəxslərin vəkilləri adıçəkilən şahidlərin və eyni zamanda adı cinayət işində zərərçəkmiş kimi keçən Rail Rzayevin oğlu Qurban Rzayevin məhkəmədə dindirilməsinin vacib olduğunu bildiriblər. Hakim həmin şahidlərin növbəti məhkəmə iclaslarına gətirilməsi üçün tədbirlər görüləcəyinin söyləyib.
Aydın Rəfiyevin vəkili Fəxrəddin Səfərov Hüquq-mühafizə orqanlarının əməliyyat-axtarışı zamanı Aydın Rəfiyevin evindən götürülmüş 1500 manat, Anar Rəfiyevin evindən götürülmüş 4500 manat dəyərində qızıl əşyaları, evlərinin sənədlərinin geri qaytarılması haqqında vəsatət qaldırıb. Vəkil həmin əşyaların Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində saxlandığını və cinayət işi üzrə sübut kimi qəbul edilmədiyini söyləyib.
Məhkəmə vəkilin vəsatəti baxılmamış saxlayaraq həmin məsələyə sənədlərin araşdırılması zamanı aydınlıq gətiriləcəyini söyləyib.
Sonra prosesdə Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarında mühasib işləyən Leyla Ağayeva ifadə verib. O, Rail Rzayev öldürülən gün işə səhər saatlarında gəldiyini söyləyib: “İşə gələndən bir saat sonra Rail Rzayevin öldürülməsi xəbərini eşitdim. Bundan sonra çayniki doldurmaq üçün ayaqyoluna tərəf getdim. Orada zibil yeşiyinin kənarında köhnə hərbi ayaqqabı gördüm. Ürəyimdə fikirləşdim ki, Rail Rzayev ölən kimi onun əşyalarını yığışdırıblar, ayaqqabısını da ayaqyoluna atıblar”.
Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarında mütəxəssis vəzifəsində çalışan Davud Ələsgərov ifadəsində R.Rzayevlə xidmətdən kənar münasibətləri olduğunu söyləyib. O, təqsirləndirilən Aydın Rəfiyevi xidmət dövründən tanıdığını bildirib: “Axır vaxtlar Aydın Rəfiyevlə general Rail Rzayev arasında soyuqluq yaranmışdı. Rail Rzayev mənə deyirdi ki, Aydına etibar etmək olmaz. Amma onun Aydına niyə etibar etməməsinin səbəbini bilmirdim. Söhbətdən başa düşmüşdüm ki, Aydınla generalın arasında şəxsi işlə bağlı soyuqluq yaranıb. Bunun səbəbini sonradan pul üstündə olmasını bilsəm də, dəqiq heç nə bilməmişəm. Bununla bağlı generaldan heç nə soruşmamışam”.
Aydın Rəfiyev isə bildirib ki, R. Rzayev işlədiyi şəxslərin hamısının yanında belə danışıb: “Rail Rzayevin məqsədi o olub ki, işlədiyi şəxslərin heç biri bir-biri ilə münasibət saxlamasın. Məqsəd isə gördüyü işlərin yayılmaması olub”.
Proses günorta fasiləsindən sonra davam etdiriləcək.
İttihama görə, Rail Rzayevin köməkçisi Aydın Rəfiyev və yavəri Anar Haşımov 2009-cu il fevralın 11-də, R. Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlayıblar.
Aydın Rəfiyev oğlu Anar Rəfiyevlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2009-cu ilin mart ayında general R. Rzayevin oğlu Qurban Rzayevin tapşırığı ilə onun şəxsi sürücüsü Bəxtiyar Ələsgərov tərəfindən Müdafiə Nazirliyinə qaytarılması üçün etibar edilərək ona verilmiş R. Rzayevə məxsus 41 manat 37 qəpik dəyərində “general-leytenant” poqonlarına malik 1 ədəd hərbi qış gödəkcəsi, dövlət mülkiyyəti olan generalın xidməti avtomobilinə təhkim olunmuş 18 manat dəyərində 10-00 HM hərbi nömrə nişanını nazirliyə qaytarmadan Anar Rəfiyevə məxsus “Mitsubishi-Pajero” markalı, 10 OR 323 dövlət nömrə nişanlı avtomaşında 16 aprel 2009-cu il tarixinədək saxlamaqla, ona etibar edilmiş özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talayıblar.
Bundan əlavə, Anar Rəfiyevin əməkdaşlıq etdiyi “Aztol Telekom” MMC-də satış üzrə menecer vəzifəsində çalışdığı müddətdə şirkət rəhbərliyinin icazəsi və razılığı olmadan ona etibar edilmiş ümumi dəyəri 11 min 710 manat olan 18 ədəd mobil telefonu mənimsədiyi məlum
Qeyd edək ki, Aydın Rəfiyev Cinayət Məcəlləsinin - 177.3.2 (oğurluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.2.1 (mənimsəmə və ya israf etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən edildikdə), 179.2.2 (mənimsəmə və ya israf etmə təkrar törədildikdə), 179.2.3 (mənimsəmə və ya israf etmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 299.3 (ifadə verməkdən boyun qaçırmağa, yalan ifadə verməyə və yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma – bu əməllər sağlamlığa zərər vurmaqla, zor tətbiq etməklə törədildikdə), 311.3.1 (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 341.2.1 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə - bu əməllər bir qrup şəxs tərəfindən yörədildikdə), 341.2.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə - bu əməllər ağır nəticələrə səbəb olduqda), Anar Haşımov -177.3.2, 341.2.1, 341.2.3-cü, Anar Rəfiyev isə 179.2.1, 179.2.2, 179.3.2 və 299.2-ci (ifadə verməkdən boyun qaçırmağa, yalan ifadə verməyə və yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma – şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə, eksperti yalan rəy verməyə, habelə həmin şəxsləri ifadə verməkdən boyun qaçırmağa məcbur etmə, şantajla və ya onların yaxın qohumlarını öldürmək, sağlamlığa zərər vurmaq və ya əmlakını məhv etmək hədəsi ilə törədildikdə) maddələri ilə təqsirləndirilirlər.
Fərid Əkbərov

495