«Azərbaycanın bütün texnikası fəlakət zonasındadır»
25 may 2010 16:45 (UTC +04:00)

«Azərbaycanın bütün texnikası fəlakət zonasındadır»

Milli Məclisin bu gün keçirilən iclasında Sabirabad rayonundan deputat seçilmiş Pənah Hüseyn də bölgədə yaranmış təbii fəlakətlə bağlı danışıb.


Lent.az-ın xəbərinə görə, o deyib ki, iclasa gəlməzdən əvvəl Sabirabadın Arazla Kürün arasındakı Qasımbəyli kəndinin də su altında qaldığını öyrənib. P.Hüseyn təklif edib ki, təbii fəlakətlə bağlı məsələ parlamentin gündəliyinə salınaraq müzakirə olunsun. O, bölgədə görülən işlərdən narazılığını da dilə gətirib.


Spiker Oqtay Əsədov isə P.Hüseynin dediklərilə qəti razılaşmayıb. O, bölgədə, o cümlədən Sabirabad rayonunda lazımi işlərin görüldüyünü vurğulayıb: «Azərbaycanın bütün texnikası oradadır. Bunu başa düşmək lazımdır ki, su gələndə bir yerdən çıxmalıdır. İndi su çox gəlir, vəziyyətin düzəltməsi üçün nə lazımdır edilir».


Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 329

Oxşar yazılar