“Komanda” qəzetinin əməkdaşı bıçaqlandı
31 avqust 2010 14:11 (UTC +04:00)

“Komanda” qəzetinin əməkdaşı bıçaqlandı

Avqustun 30-da Bakıda jurnalist bıçaqlanıb. Bu barədə Lent.az-a məlumat verən jurnalistin özü – Rəsul Şükürsoy yaşadığı evə gedərkən silahlı hücuma məruz qaldığını bildirib.

Jurnalistin verdiyi məlumata görə, saat 23:30-da Binəqədi rayonunda “Traktor bazası” adlanan ərazidə tanımadığı bir nəfər ona hücum edib. Bıçaq çıxarıb ürək nahiyyəsinə doğru zərbə vurmaq istəyib. Rəsul Şükürsoy özünü qolu ilə müdafiə etmək istəyib və bu zaman bıçaq onun qoluna girib: “Ürəyimdən vurmaq istədi, qolumla imkan vermədim. Sonra dərhal qaçdı” - deyə, jurnalist Lent.az-a danışıb.

Zərərçəkən Rəsulzadə qəsəbəsində yerləşən xəstəxanaya müraciət edib və müayinə olunub. Məlum olub ki, bıçaq 4 santimetr dərinliyə girib.

Xəstəxanadan çıxdıqdan sonra isə jurnalist Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edib şikayət ərizəsi yazdığını söyləyib. Həmin bölmədən Lent.az-a belə bir hadisənin qeydə alınıb-alınmadığı barədə məlumat verə bilməyəcəklərini deyiblər.

Rəsul Şükürsoy “Komanda” idman qəzetinin köşə yazarı kimi çalışır.

Vüqar Baba
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 756

Oxşar yazılar