Hövsanda ər arvadını qətlə yetirdi
15 aprel 2010 12:00 (UTC +04:00)

Hövsanda ər arvadını qətlə yetirdi

Hadisəyə qadının dələduzluq etməsi səbəb olub

Bakı sakini həyat yoldaşını öldürüb. Bu barədə APA-ya Suraxanı rayon Prokurorluğundan bildirilib.


Hadisə bu gün, səhər saat 08.00 radələrində, rayonun Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1965-ci il təvəllüdlü Robert Buksay oğlu Temurxanov yaşadığı evdə, həyat yoldaşı, 1967-ci il təvəllüdlü Venera Temurxanovanı bıçaqlayaraq öldürüb.
R.Temurxanov daha sonra polisə gedərək könüllü təslim olub.


İlkin araşdırmalara görə, V.Temurxanova xeyli sayda vətəndaşa qarşı dələduzluq edib. Bunu qəbul etməyən R.Temurxanov həyat yoldaşını öldürmək qərarına gəlib.


Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 439

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10