Nardaran sakini özünü asıb
13 aprel 2010 15:30 (UTC +04:00)

Nardaran sakini özünü asıb

Nardaran qəsəbəsində intihar hadisəsi baş verib.


Bu barədə APA-ya Sabunçu rayon Prokurorluğundan bildirilib. Hadisə aprelin 12-dən 13-ə keçən gecə qeydə alınıb. Qəsəbə sakini, 1976-cı il təvəllüdlü Vüqar Ələkbərov yaşadığı evin həyətində, borudan özünü asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri barədə hələlik məlumat yoxdur.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 410

Oxşar yazılar