9 yaşlı oğlan qardaşını öldürdü
Ucarda baş verən hadisəyə uşaqlar atalarının silahı ilə oynaması səbəb olub
Aprelin 10-da saat 13.00 radələrində Ucar rayonunun Bərgüşad kəndi ərazisində ölüm hadisəsi baş verib. Lent.az DİN-in saytına istinadən xəbər verir ki, kənd sakini X.Z. ov tüfəngindən atəş açaraq qardaşı Ş-ni yaralayıb. Xəsarət almış Ş. xəstəxanaya yerləşdirilib və orada ölüb. Ucar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.
Ucar rayonunda qardaşını öldürən 9 yaşlı uşaq olub. Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs azyaşlı, ölən şəxs yeniyetmədir.
Hadisəni törətməkdə şübhəli bilinən 2001, ölən qardaşı isə 1997-ci il təvəllüdlüdürlər. Rayon prokurorluğunda məsələ ilə bağlı istintaq başlayıb, araşdırma aparılır. Hadisəni həqiqətən azyaşlının törətdiyi təsdiqlənsə o, heç bir cəza çəkməyəcək. Çünki, Azərbaycan Respublikasının qanunlarına görə, cinayət məsuliyyəti 14 yaşdan başlayır.
Ucar rayon prokurorluğundan verilən məlumata əsasən, hadisə aprelin 10-da 11:00-da baş verib. Rayonun Bərgüşad kəndi ərazisində iki qardaş atalarına məxsus tüfənglə oynayırmış. Silah kiçik qardaşın əlində olarkən atəş açılıb və böyük qardaş başından yaralanıb. Xəstəxanaya aparılan yaralı orada keçinib.
Vüqar Baba

540