Rüstəm Behrudi cərrahiyyə əməliyyatı olunub
12 aprel 2010 15:00 (UTC +04:00)

Rüstəm Behrudi cərrahiyyə əməliyyatı olunub

Şair Rüstəm Behrudi cərrahiyyə əməliyyatı olunub. Bu barədə Lent.az-a şairin kiçik qardaşı İlham Alməmmədov məlumat verib. Onun sözlərinə görə, Türkiyədə onurğa sütunundan əməliyyat edilən şair artıq Azərbaycana dönüb və özünü yaxşı hiss edir.
Rüstəm Behrudi 1957-ci il sentyabrın 12-də Ordubad rayonunun Behrud kəndində dünyaya gəlib. Üç uşaq atasıdır. O, "Yaddaşlara yazın", "Şaman duası" kitablarının müəllifidir. Yaradıcılığından seçmələr, polyak, fransız, rus və çex dillərinə tərcümə edilib.
Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar