Nardaranda 2 polisi öldürənə 15 il həbs
Aprelin 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə polis zabitlərini qətlə yetirməkdə təqsirləndirilən Nardaran sakini Sahib Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, S.Həsənov 15 il müddətinə azadlıqdan məhrum edilib.
S.Həsənov 2006-cı il yanvarın 25-də Sabunçu rayon 14-cü polis bölməsinin xidmətdə olan əməkdaşları - polis kapitanı Rövşən Rəhimov və polis leytenantı İlqar Ağayevin qətlində təqsirləndirilir.
2006-cı ildə Nardaran sakinləri Ramiz Həsənov, Həsən Əzimov, İlham Quliyev və Sahib Həsənov avtomat və tapança ilə silahlanaraq həmin polis əməkdaşlarının olduğu avtomobili saxlayıblar. Onların açdığı atəş nəticəsində başından güllə yarası alan Rövşən Rəhimov hadisə yerində həlak olub, İlqar Ağayev isə ağır yaralanıb.
Hücum edənlərin davamlı atəşinə cavab olaraq polis leytenantı İlqar Ağayev xidməti silahdan istifadə etməklə Ramiz Həsənovu, Həsən Əzimovu və İlham Quliyevi öldürüb. Lakin aldığı güllə yarasından İlqar Ağayev özü də həlak olub.
Qeyd edək ki, S.Həsənov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.10-cu (təkrar adam öldürmə), 181-ci (quldurluq) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.
Fərid Əkbərov

464