Kriminal avtoritet “Rövşən Lənkəranski” tutulmayıb
“Rövşən Caniyevin tutulması barədə mətbuatda yazılan xəbərlər şayiədir”. Bunu Lent.az-a açıqlamasında kriminal aləmdə “Rövşən Lənkəranski adı ilə tanınan Rövşən Canıyevin vəkili Abdul Bağırov bildirib. Onun sözlərinə görə, R. Canıyev azadlıqdadır: “Rövşən Canıyev martın 19-da azadlığa çıxıb və bundan sonra tutulmayıb. Mətbuatda onun yenidən tutulması barəsində yazılan məlumatlar yalandır”. Vəkil bildirib ki, R. Canıyev hal-hazırda Bakıdadır: ”Əgər Rövşən Canıyev tutulsa, birinci mənim xəbərim olar”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov da Lent.az-a açıqlamasında mətbuatda R. Canıyevin yenidən tutulması ilə bağlı gedən məlumatın yalan olduğunu söyləyib.
Qeyd edək ki, mətbuatda yazılan məlumata görə, R. Canıyevin Nəsimi rayonu ərazisində saxlanıldığı və onun başqa bir cinayətdə ittiham edildiyi bildirilib. Onun Nəsimi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanıldığı da bildirilib.
.
Xatırladaq ki, 2002-ci ildən 1975-ci il təvəllüdlü Rövşən Canıyev barəsində beynəlxalq axtarış elan edilib. 2008-ci ilin fevralında Ukrayna Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı o, həbs olunub. Şevçenko Rayon Məhkəməsi R. Canıyev haqqında 40 günlük həbs qərarı çıxarsa da, Ukraynada qaçqın status aldığına görə həbsdən azad edilib. Daha sonra məhkəmə R. Canıyevin qaçqın statusunu da ləğv edib. 2009-cu ilin dekabrın 3-də həbs olunan R. Canıyev dekabrın 13-də Azərbaycana ekstradisiya olunub.
Bu il martın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə qəsdən adam öldürməyə cəhddə və qanunsuz olaraq odlu silah gəzdirməkdə ittiham olunan R. Caniyev 2 il 10 ay 19 gün həbs cəzası alıb. İstintaq müddətində həbsdə olduğu və kəsilən cəza müddətinin başa çatdığı nəzərə alınaraq, R. Caniyev məhkəmə zalından azadlığa buraxılıb.
Fərid Əkbərov

Oxşar yazılar

Gəncədə iki nəfər qidadan zəhərləndi
20 iyun 2025 , 23:59
Gənc oğlan Araz çayında batdı - YENİLƏNİB
20 iyun 2025 , 19:41
Füzulidə kişi evinin həyətində ölü tapıldı
20 iyun 2025 , 19:33
Özünə qəbir qazdırdı, 1 gün sonra öldü
20 iyun 2025 , 18:17
Polis polkovniki həbs olundu
20 iyun 2025 , 17:48
Məhkəmədən Hacı Vəliyevlə bağlı YENİ QƏRAR
20 iyun 2025 , 17:40
DTX-dan ƏMƏLİYYAT: İcra başçısı, köməkçisi, müavini və bələdiyyə sədri saxlanıldı - YENİLƏNİB
20 iyun 2025 , 17:30