Qoyun otarmadığına görə 7 aylıq hamilə arvadını öldürdü
Əri tərəfindən vəhşicəsinə döyülən qadının həyatını xilas etmək mümkün olmayıb
Diyarbəkrdə (Türkiyə) qoyun otarmaq məsələsinə görə ər arvadını qətlə yetirib.
Lent.az-ın “Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, Gülüstan K. adlı qadın yeddi aylıq hamilə imiş.
Qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Onun 30 yaşlı əri Vədat K. polisə verdiyi ifadədə hadisənin hansı səbəbdən törətdiyin açıqlayıb. Məlum olub ki, kişi həyat yoldaşından qoyunları otarmasını istəyib. Qadın isə 7 aylıq hamilə olduğunu əsas gətirərək bundan imtina edib. Bundan sonra kişi arvadını möhkəm döyüb. Nəticədə qadın ölüb.
Cütlük 5 il əvvəl evlənibmiş, onların Cihan adlı 4 yaşında oğlu qalıb.

438