Polis mayoruna 2 illik həbs cəzası
Polisin rəhbərlik etdiyi dəstənin məhkəməsi başa çatıb
Aprelin 9-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodundan gizli yolla benzin oğurluğunda təqsirli bilinən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsinin sabiq əməliyyat müvəkkili, polis mayoru Natiq Aslanov, “Kompaniya FF” MMC-nin rəhbəri Fikrət Qasımov 2 il, onun qardaşı Fərhad Qasımov 6 il, Bakı şəhər sakinləri –Rövşən Məmmədov 8 il 3 ay, İlqar Salayev 4 il, və Tərtər rayon sakini Xanlar Quliyev 6 il müddətinə azadlıqdan məhrum ediliblər. İlham Həsənov, Elxan Hüseynov, Əlixan Hüseynov, Knyaz Əliyev isə 2 il şərti cəza ilə məhkəmə zalından azad ediliblər.
İttihama görə, dəstə üzvləri cinayət əlaqəsinə girərək, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) istehsalat sexini hazır məhsul anbarı ilə birləşdirən hissədən gizli yolla yeraltı boru xətti çəkərək benzin oğurlayıblar. Onlar yeraltı boru xətti vasitəsilə avtomobillərlə Aİ-95 markalı benzin oğurlayaraq satışı ilə məşğul olublar.
Təqsirləndirilən şəxslər 2009-cu ilin avqustunda Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən tutulublar.
Qeyd edək ki, təqsirləndirilənlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.1-ci (oğurluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 177.3.2-ci (küllü miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunublar.
Fərid Əkbərov

527