“Nənəmi dünyaya anam kimi övlad gətirdiyi üçün zorladım”
Avqustun 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə 76 yaşlı nənəsini zorlamaqda təqsirləndirilən Xaçmaz rayon sakininin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Lent.az-ın məlumatına görə, təqsirləndirilən Əfqan Abdullayevin cinayət işi üzrə məhkəmə baxışı sentyabrın 7-nə təyin edilib.
İttihama görə, bu ilin mayın 26-da Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində kənd sakini 30 yaşlı Əfqan Abdullayev 76 yaşlı N.Q-ni (şərtidir) cinsi təcavüzə məruz qoyub. Ə. Abdullayev hadisəni törətdikdən sonra qaçıb. Rayon hüquq mühafizə orqanlarının keçirdikləri əməliyyat axtarışları nəticəsində Ə. Abdullayev hadisəni törətdikdən bir ay sonra tutulub.
İlkin dindirmə zamanı məlum olub ki, Ə. Abdullayev məhbus həyatı yaşayıb. O, həbsdə olarkən anasının əxlaqsızlıqla məşğul olması barədə xəbərlər eşidib. Həbsdən çıxandan sonra anasının həqiqətən də əxlaqsızlıqla məşğul olduğu ona müəyyən olub. Ə.Abdullayev bu barədə anasının anasından (nənəsi) soruşub. Lakin nənəsindən kobud cavab alıb. Onlar arasında mübahisə olub. Ə. Abdullayev nənəsini zorlayıb. Daha sonra o, anasını öldürmək istəyib. Ə. Abdullayev qardaşına bildirib ki, anasını öldürdükdən sonra polisə təslim olacaq.
Ə.Abdullayev istintaqa ifadəsində hadisəni törətməyinə səbəb kimi anasının fahişəliklə məşğul olmasını bildirib: “Nənəmi dünyaya anam kimi övlad gətirdiyinə görə zorladım”.
Qeyd edək ki, Ə.Abdullayev Azrbaycan Respublikası Cinayət Məcəlləsinin 149-cu (zorlama) maddəsi ilə ittiham olunur.
Fərid Əkbərov

767