Bacı qatilinə 9 il həbs
Aprelin 8-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bacısını qətlə yetirməkdə təqsirləndirilən Şəmkir rayonu sakininin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Səfixanov Daşqın Əbdürrəhman oğluna hökm oxunub. Hökmə əsasən, D.Səfixanov 9 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham görə, 2009-cu il noyabrın 27-də Şəmkir rayonunun Dağ İrmaşlı kəndində, kənd sakini, 15 yaşlı Şəfəq Səfixanovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətli törədən şəxs tutulub.
İstintaqla müəyyən olunub ki, Şəfəqi qardaşı Daşqın öldürüb. Şəfəq qardaşı Daşqın tərəfindən noyabrın 25-də qısqanclıq zəminində boğulma yolu ilə qətlə yetirilib. İstintaqa ifadə verən Daşqın bacısını namus üstündə öldürdüyünü etiraf edib.
Qeyd edək ki, D.Səfixanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
Fərid Əkbərov

529