MTN Balakəndə xüsusi əməliyyat keçirir
05 aprel 2010 13:00 (UTC +04:00)

MTN Balakəndə xüsusi əməliyyat keçirir

Rayona giriş-çıxış nəzarətə götürülüb


Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) ölkənin şimal-qərb bölgəsində xüsusi əməliyyatlara başlayıb. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat bildirilib.


Qeyd edək ki, MTN bir neçə gün əvvəl Azərbaycan paytaxtında terror aktları həyata keçirməyi planlaşdıran mütəşəkkil cinayətkar dəstənin bir qrup üzvünü saxlayıb. Hazırda cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində geniş miqyaslı əməliyyatlara start verilib. Ötən gündən başlayaraq MTN xüsusi təyinatlıları Balakən rayonunun Gürcüstanla sərhəd kəndlərində şübhəli şəxslərin mənzillərində axtarış aparıb. Axtarış zamanı xeyli sayda silah-sursat aşkar edilərək götürülüb. Əməliyyatçılar, həmçinin Balakən rayonuna giriş-çıxışı da nəzarətə götürüb. Balakən rayonuna daxil olan və rayondan çıxan bütün avtomobillər yoxlanılır. Hazırda əməliyyat tədbirləri davam etdirilir. Balakən rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Lakin əməliyyatı MTN keçirdiyi üçün polis bu barədə ətraflı məlumat verməkdən imtina edib.


Xatırladaq ki, bir neçə gün əvvəl MTN Azərbaycanda terror aktları törətməyi planlaşdıran dəstəni zərərsizləşdirib. Dəstə üzvləri - Azərbaycan vətəndaşları Nuriyev Samir Dadaş oğlu, Muğumov Rafail İbrahim oğlu, Qurbanov Yaşar Spartak oğlu, Namazova Roza Müzəffər qızı, Namazova Xavər Həmzə qızı, Pənahov İsmayıl Novruz oğlu, Pənahova Bella Müzəffər qızı, Rusiya Federasiyasının vətəndaşı Qayrbiyev Elbert Elmirzayeviç bu məqsədlə Gürcüstan ərazisindən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənarda külli miqdarda qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları Azərbaycana gətiriblər.


Mütəşəkkil dəstənin rəhbəri, respublikadan kənarda olduğu ehtimal edilən Aqil Namazov 2010-cu il yanvarın 6-da hazırda şəxsiyyəti istintaqla araşdırılan Camal adlı bir nəfər vasitəsi ilə Balakən rayonunun Gülüzambinə kəndinin yaxınlığına qaçaq yolla külli miqdarda döyüş sursatı, partlayıcı maddələr və odlu silahlar göndərib.


Aqil Namazov dəstənin üzvü Rəfail Muğumova həmin silah-sursatları, həmçinin partlayıcı maddələri qəbul edib özündə saxlamağı tapşırıb. Aqil Namazov bu işin müqabilində Rəfail Muğumova 500 ABŞ dolları verəcəyini əvvəlcədən vəd edib, sonuncu da bu təkliflə razılaşıb.


Bütün faktlar üzrə MTN-in İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə tərəfindən silah qaçaqmalçılığı), 228.3 və 228.4-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə cinayət işi başlanılıb. Samir Nuriyev, Rafail Muğumov, Yaşar Qurbanov, Roza Namazova, Xavər Namazova, İsmayıl Pənahov, Bella Pənahova, Elbert Qayrbiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 499

Oxşar yazılar

İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56