Kürəkən qayınanasını baltaladı
30 avqust 2010 12:02 (UTC +04:00)

Kürəkən qayınanasını baltaladı

Azərbaycanın Astara rayonunda dəhşətli qətl hadisəsi baş verib. Bu barədə APA-ya Astara rayon Polis Şöbəsindən məlumat verilib.


Hadisə rayonun Şahağacı kəndində qeydə alınıb. Rayonun Səncərli kənd sakini, 28 yaşlı Sərxan Bayramov qayınanası, 54 yaşlı Hökumə Əsədullayevanı baltalayıb. H.Əsədullayeva aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib.


Astara rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən S. Bayramov tutulub.


Faktla bağlı Astara rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 597

Oxşar yazılar