Bakıda terrorçu dəstə zərərsizləşdirilib - EKSKLÜZİV
17 mart 2010 20:00 (UTC +04:00)

Bakıda terrorçu dəstə zərərsizləşdirilib - EKSKLÜZİV

Dəstə üzvləri xarici ölkə səfirliklərinə və beynəlxalq təşkilatlara qarşı terror aktlarına hazırlaşırmış

Martın 14-də Bakıda mütəşəkkil terrorçu dəstə zərərsizləşdirilib. Lent.az-ın məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat zamanı 5 nəfər həbs edilib. Tutulanlardan biri milliyyətcə çeçendir. İlkin məlumata görə, dəstə üzvləri Azərbaycan paytaxtında və ayrı-ayrı yerlərdə geniş miqyaslı terror aktları həyata keçirməyə hazırlaşırmışlar.

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, həbs olunan dəstə üzvlərindən külli miqdarda silah-sursat və partlayıcı maddə olan trotil götürülüb. Əməliyyat məlumatlarında həmin dəstənin Bakıda fəaliyyət göstərən xarici ölkə səfirliklərinə və başqa beynəlxalq təşkilatlara qarşı terror hərəkətləri hazırladığı bəlli olub.

Təfsilatları dəqiqləşdirməyə çalışırıq. Lent.az-ı izləyin...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 365

Oxşar yazılar