10 hakimin səlahiyyətlərinə xitam verilib
28 avqust 2010 11:31 (UTC +04:00)

10 hakimin səlahiyyətlərinə xitam verilib

APA-nın şuranın internet saytına istinadən xəbərinə görə, ədliyyə naziri, MHŞ sədri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda qeyd olunub ki, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə yeni məhkəmələrin - Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin əsasında ölkənin dörd bölgəsində regional ağır cinayətlər məhkəmələrinin, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmin edilməsi məqsədilə yeddi bölgədə inzibati-iqtisadi məhkəmələrin yaradılması, hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, hakimlərin iş yükünün azaldılması məqsədilə hakim ştatlarının sayının 25 faiz artırılması, habelə məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarının genişləndirilməsi ölkəmizdə məhkəmə sisteminin inkişafına əsaslı təsir göstərəcək.

Şurada yeni qanunvericilikdən irəli gələn vəzifələr, o cümlədən yeni məhkəmələrin yaradılması, hakim kadrlarına ehtiyac, bu sahədə zəruri təşkilati tədbirlər və s. müzakirə edilmiş, hakimliyə namizədlərin çoxmərhələli seçimi nəticəsində 78 nəfər hüquqşünasın hakim vəzifəsinə hazırlanmaları üçün təlim mərhələsini uğurla başa vurduğu və hazırda yekun müsahibələrə cəlb olunduğu qeyd edilib.

Həmçinin, iclasda səlahiyyət müddətləri başa çatan bir sıra hakimlərin fəaliyyətlərinin qiymətləndirilməsi ilə bağlı prinsipial təhlillər aparılıb, fəaliyyətlərində qanunvericiliyin tələblərini pozduqlarına, vətəndaşların haqlı narazılıqlarına səbəb olan süründürməçilik və digər neqativ hallara yol verdiklərinə görə son illər ərzində hakimlər barədə 100-dən çox intizam icraatlarının başlanılması, 40-dək hakimin səlahiyyətlərinə xitam verilməsi vurğulanıb.

Aparılan qiymətləndirmə nəticələri üzrə fəaliyyəti məqbul bilinən 8 hakimin yenidən müxtəlif hakim vəzifələrinə təyinatı məqsədəmüvafiq hesab edilib, 10 hakimin səlahiyyətlərinə xitam verilib, o cümlədən 5 hakimin işində olan nöqsan və çatışmazlıqlar nəzərə alınaraq fəaliyyəti qeyri-məqbul hesab edildiyinə, 5 nəfərin isə hakimlik üçün son yaş həddinə çatmaları ilə əlaqədar səlahiyyətlərinə xitam verilib.

Həmçinin, iclasda hakimlər barədə başlanılmış intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərini pozduqlarına görə Bakı şəhəri Xətai rayon məhkəməsinin hakimi Səadət Səlimovaya töhmət verilib, Zərdab rayon məhkəməsinin hakimi Ağaməhəmməd Qarayevə və Ağdam hərbi məhkəməsinin hakimi Abbas Abbasova irad tutulub.

MHŞ tərəfindən fəaliyyəti qeyri-məqbul hesab edilən və səlahiyyətlərinə xitam verilən hakimlər bunlardır: Atakişiyev Şahin Əliseyran oğlu (Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi), Quliyev Ələkbər Hüsü oğlu (Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin hakimi), Məmmədov Cavanşir Yusif oğlu (Lənkəran Rayon Məhkəməsinin hakimi), Şükürov Bəhram Adil oğlu (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi), Hüseynova Mayisə Əliş qızı (Şuşa Rayon Məhkəməsinin hakimi).
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 677

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46