“Altun” restoranında “priton” saxlayan şəxsin məhkəməsi başladı
Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Mübariz Əhmədovun cinayət işi üzrə məhkəmə baxışı sentyabrın 2-nə təyin edilib.
İttihama görə, Mübariz Əhmədov Bakının Suraxanı rayonu ərazisindəki “Altun” restoranında əxlaqsızlıq yuvası təşkil edib. O, Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.
Qeyd edək ki, M. Əhmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci (İnsan alveri) maddəsi ilə ittiham olunur.
Fərid Əkbərov

758