Bu yay Bakıda təcili tibbi yardıma müraciət edənlərin sayı artıb
27 avqust 2010 15:16 (UTC +04:00)

Bu yay Bakıda təcili tibbi yardıma müraciət edənlərin sayı artıb

Bunu Lent.az-a açıqlamasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyası baş həkiminin müavini Rauf Nağıyev bildirib. Rauf Nağıyev deyib ki, keçən ilin yayı ilə müqayisədə bu ilin yay aylarında Bakıda çağırışların sayı az olub. Keçən ilin yayında çağırışların sayı hər gün orta hesabla 1200 civarında olub, hətta 900-ə düşdüyü günlər də qeydə alınıb.


Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyası baş həkiminin müavini nəzərə çatdırıb ki, bu il istilər başlayandan bu günə qədər 159 nəfəri gün vurub, 47 nəfər xəstəxanaya yerləşdirilib. 57 suda boğulma faktı baş verib, 28 nəfər həyatını itirib, 13 nəfər xəstəxanada yerləşdirilib.


Baş həkimin müavini bildirib ki, bu, təkcə bu ilin yayın daha isti keçməsi ilə bağlı deyil: “Bəlkə şəhərə miqrasiya edənlərin sayı artıb? Bu da ola bilər. Yəni bilavasitə havanın təqsirkar olduğunu söyləyə bilmərik”.


Rauf Nağıyev onu da vurğulayıb ki, ilin mövsümləri üzrə adətən qış aylarında çağırış və hadisələrin sayı artır: “Qışda nəqliyyat qəzaları, insanların yıxılması, sınma və digər hallar çoxalır. İnfeksion xəstəliklər də artır. Həm də qış aylarında insanlar daha çox şəhərdə cəmləşir. Bu da hadisə ehtimalını artırır. Çağırış sayı 1600-1700-ə çatır”.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547

Oxşar yazılar

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü,  yaralılar var

Qubada "Lexus" dərəyə aşdı: İş adamı öldü, yaralılar var

15 dekabr 2024 , 22:03
Siyəzəndə FACİƏ:  İki oğulu itirən ailənin qızı boğulub öldü

Siyəzəndə FACİƏ: İki oğulu itirən ailənin qızı boğulub öldü

15 dekabr 2024 , 21:55
İki qardaş qəzaya düşdü

İki qardaş qəzaya düşdü

15 dekabr 2024 , 19:11
Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28