Qətliamın baş verdiyi hərbi hissənin zabiti ittihamları qəbul etmədi
27 avqust 2010 15:03 (UTC +04:00)

Qətliamın baş verdiyi hərbi hissənin zabiti ittihamları qəbul etmədi

Lent.az-ın məlumatına görə, hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən hərbi hissənin divizion komandirinin müavini Vələd Qurbanov ifadə verib. V. Qurbanov ittiham üzrə özünü təqsirli bilməyərək, ona qarşı irəli sürülən rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və digər ittihamları qəbul etmədiyini söyləyib: “Mən heç kimdən rüşvət almamışam. Əsgərləri döyməyimlə bağlı verilən ittihamlar ibtidai istintaq orqanı tərəfindən şişirdilib. Əsgərlərə xidmətləri ilə bağlı iradlar tutmuşam. Bu da hər bir zabitin vəzifə borcudur. Briqada komandiri əsgərləri mənim üzümə durmağa məcbur edib”.


V.Qurbanov hərbi hissədə qətl hadisəsi baş verən gün orada olmadığını söyləyib: “Diviziya komandiri Yusif Cumayevdən icazə alıb başqa yerə getmişdim”.


Daha sonra qətl hadisəsini törədən əsgər Elxan Əzizovun atası Bəyalı Əzizov oğlunun və Sadiq Məmmədovun belə cinayəti törətməsinə inanmadığını bildirib: “Qətli başqası törədib. Silahlarda oğlumun əl izləri yoxdur”.


Proses günün ikinci yarısında davam etdiriləcək.


İttihama görə, 2010-cu il yanvarın 28-də Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə baş verən silahlı insident zamanı Bakının Yasamal rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Elxan Əzizov və Nəsimi rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış Sadiq Məmmədov zabitlər - divizion komandiri polkovnik-leytenant Vasif Cumayev, qərargah rəisi polkovnik-leytenant Rəşid Həsənov, polkovnik-leytenant Asif Sadıqov, polkovnik-leytenant Vazeh Quliyevi qətlə yetiriblər. Mayor Vaqif Babayev və müddətdən artıq hərbi xidmətdə olan Samir Abbasovu isə yaralayıblar. Daha sonra qətli törətmiş əsgərlər özlərini öldürüblər.



Hərbi hissədə baş vermiş özbaşınalığın əsas səbəbi kimi hərbi qulluqçular - Qurbanov Vələd Qüdrət oğlu, Babayev Vazeh Məhəmməd oğlu, Mütəllimov Fuad Tahir oğlu, Əhmədov Rüstəm Əhmədağa oğlu və İmanov Əli Nazman oğlu məsuliyyətə cəlb olunublar. Onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (eyni əməllər təkrar törədildikdə), 341-ci (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 331-ci (Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və .s maddələri ilə ittiham irəli sürülüb.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1128

Oxşar yazılar

Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19
Bakıda BƏDBƏXT HADİSƏ:  Yeniyetmə məşqdə boğulub öldü

Bakıda BƏDBƏXT HADİSƏ: Yeniyetmə məşqdə boğulub öldü

14 dekabr 2024 , 03:10
Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

Şəmkirdə kişi xiyar turşusundan zəhərlənib öldü

13 dekabr 2024 , 19:46
11 yaşlı məktəbli qız özünü asdı

11 yaşlı məktəbli qız özünü asdı

13 dekabr 2024 , 19:07
Evdə ana və 3 uşağının  meyiti tapıldı

Evdə ana və 3 uşağının meyiti tapıldı

13 dekabr 2024 , 18:15