27 il sonra atasının qisasını alan şəxsin məhkəməsi başladı
Lent.az-ın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Yusif Həşimovun cinayət işi üzrə məhkəmə baxışı avqustun 30-na təyin edilib.
İttihama görə, bu ilin mayın 18-də Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən qəbiristanlıqda qətl hadisəsi törədilib. Bacısının “40 mərasimi”nə qatılan Bakı şəhər sakini, 60 yaşlı Rafiq Məmmədov odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisənin Tağıyev qəsəbə sakini, 26 yaşlı Yusif Həşimov tərəfindən törədildiyi müəyyənləşib. Polis tərəfindən saxlanılan Y. Həşimov qətli qisas məqsədi ilə törətdiyini bildirib
Belə ki, Y. Həşimov ana bətnində olarkən atası Rafiq Məmmədov tərəfindən öldürülüb.
Qeyd edək ki, Y. Həşimov AZərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.1-ci (odlu silah gəzdirmə) maddəsi ilə ittiham olunur.
Fərid Əkbərov

646